Tacikistan-Qırğızıstan arasında RAZILAŞMA - Yollar açılır 

Tacikistan-Qırğızıstan arasında RAZILAŞMA - Yollar açılır 

Hazırda oxunan: Tacikistan-Qırğızıstan arasında RAZILAŞMA - Yollar açılır 

94514

Tacikistan və Qırğız Respublikası arasında son münaqişə zamanı bağlanmış yolların açılmasına dair razılıq əldə olunub. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə tərəflər arasında sərhəddə atəşkəsə nəzarət üzrə yaranmış birgə işçi qrupunun görüşündən sonra Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzoda sentyabrın 19-da keçirdiyi mətbuat konfransında bildirib. 

O deyib ki, işçi qrup nəqliyyatın və piyadaların hərəkətinin təmin edilməsi üçün yolların açılmasının vacibliyinə dair razılığa gəliblər. 

Məlumata görə, tərəflər atəşkəs rejiminə riayət olunmasının və sərhədyanı münaqişənin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar. 

Qeyd edək ki, sentyabrın 16-da Qırğız Respublikasının Batken vilayətinin sədri Abdukərim Alibayev və Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzodanın başçılığı altında işçi qrup yaradılıb. 
Xatırladaq ki, son münaqişə nəticəsində Qırğızıstanın 59, Tacikistanın isə 35 vətəndaşının öldüyü barədə xəbər yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO