Qazaxıstan paytaxtının adını dəyişdi - Nursultandan yenidən Astanaya - VİDEO

Qazaxıstan paytaxtının adını dəyişdi - Nursultandan yenidən Astanaya - VİDEO

Hazırda oxunan: Qazaxıstan paytaxtının adını dəyişdi - Nursultandan yenidən Astanaya - VİDEO

94494

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin respublikanın paytaxtının adının Astana adlandırılması haqqında fərmanı bazar ertəsi gecə rəsmi “Kazakhstanskaya Pravda” qəzetində dərc edildikdən sonra qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. 

Sentyabrın 17-də Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb və Astananın keçmiş adı Qazaxıstanın paytaxtına qaytarılıb. 
Əsas Qanuna edilən dəyişikliyə əsasən, dövlət başçısının səlahiyyət müddəti təkrar seçilmək hüququ olmadan yeddi il müddətlə məhdudlaşdırılır.

Xatırladaq ki, 1997-ci ildə ölkənin ilk prezidenti Nursultan Nazarbayev paytaxtı Alma-Atadan Akmola şəhərinə köçürüb və 1998-ci ildə adı Astana adlandırılıb. 2019-cu il martın 23-də hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Nazarbayevin şərəfinə Astananın adının Nur-Sultan adlandırılması haqqında fərman imzalayıb. Paytaxt Günü - 6 iyul Qazaxıstanda dövlət bayramı kimi qeyd olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO