Bayden koronavirusun sona çatdığını elan etdi

Bayden koronavirusun sona çatdığını elan etdi

Hazırda oxunan: Bayden koronavirusun sona çatdığını elan etdi

94491

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində danışıb.

“Pandemiya bitdi. Ancaq hələ də COVID ilə problemimiz qalıb. Hazırda bunun üzərində çox işləyirik... Fikir versəniz, heç kim maska taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir” deyə o, qeyd edib.
“Politico” mənbələrə istinadən yazır ki, Ağ Evin səhiyyə rəsmiləri ABŞ prezidenti Co Baydenin koronavirus pandemiyasının sona çatması ilə bağlı açıqlamasına təəccüblənib.

Mənbələrə görə, Amerika liderinin pandemiyanın sona çatması ilə bağlı açıqlaması CBS televiziyasına müsahibəsi çərçivəsində planlaşdırılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO