Azərbaycanın Fransada yerləşən səfirliyi qarşısında erməni diasporunun fəalları tərəfindən etiraz aksiyası təşkil olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər - VİDEO
Belə ki, səfirliyimizin qarşısına toplanan xeyli sayda erməni heç də dinc bəyanatlar səsləndirməklə kifayətlənməyiblər. İlk öncə etirazçılar səfirlik binasını yumurta "atəşi"nə tutublar.
Bununla da kifayətlənməyən vandallar, səfirlik binasının qarşısındakı müdafiə maneələrini aşaraq binaya daxil olmağa cəhd ediblər.
Lakin kadrlardan da göründüyü kimi, səfirliyimizin əməkdaşı ermənilərin binaya daxil olmaq niyyətlərini həyata keçirməsinə mane olub.
Təbii ki, bu cür barbarlıq aktına mane olmadığı üçün ilk növbədə Fransa təhlükəsizlik orqanları ittiham olunmalıdır. Çünki səfirilik binalarının müdafiəsi beynəlxalq konvensiyalara əsasən Fransa hökuməti tərəfindən təşkil edilməli idi.
Lakin göründüyü kimi ermənipərəst mövqeyi ilə seçilən Fransada bütün baş verənlərə rəğmən hüquq-mühafizə orqanlarının bir əməkdaşı belə hadisə yerinə cəlb olunmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media