Bayden Londona gəldi - VİDEO

Bayden Londona gəldi - VİDEO

Hazırda oxunan: Bayden Londona gəldi - VİDEO

94399

ABŞ prezidenti Co Bayden Kraliça II Yelizavetanın dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gəlib. 

Bizim.Media “CBS News” telekanalına istinadən xəbər verir ki, siyasətçini Londonun Stansted hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.

Bayden Londona səfəri zamanı II Yelizavetanın vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və bazar günü  Çarlz  III Karlın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.

Bundan əlavə, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster Abbeyində dəfn mərasiminə qatılacaq.

Eyni zamanda sosial şəbəkələrdə London küçələrində böyük Bayden kortejinin videosu aktiv şəkildə yayılır. Eyni zamanda, Böyük Britaniya səlahiyyətliləri əvvəllər bütün beynəlxalq qonaqlardan nəqliyyatın hərəkətini minimuma endirməyi və təklif olunan nəqliyyatdan istifadə etməyi xahiş ediblər.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO