Baydenin xarici liderlə ilk telefon danışığı: “Çiyin-çiyinə işləməyə razılaşdıq”

Baydenin xarici liderlə ilk telefon danışığı: “Çiyin-çiyinə işləməyə razılaşdıq”

Hazırda oxunan: Baydenin xarici liderlə ilk telefon danışığı: “Çiyin-çiyinə işləməyə razılaşdıq”

9375

ABŞ Prezidenti Cozef Baydenlə Kanadanın Baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə CBC bildirib.

Məlumata görə, ölkə liderlərinin ünsiyyəti "isti və dostluq xarakteri" daşıyıb.

Bu, Baydenin prezident postunda xarici liderlə birinci telefon zəngidir.

Kanadanın Baş naziri Castin Tryudo isə bildirib ki, ABŞ rəhbəri ilə telefon danışığında həmçinin iqlim dəyişikliyi ilə mübarizə, hər iki tərəfdən insanlar üçün əlverişli iş yerlərinin yaradılması məsələləri diqqət mərkəzində olub.

“Bugünkü telefon danışığımızda bu və digər məsələlərdən danışdıq və onları həll etmək üçün çiyin-çiyinə işləməyə razılaşdıq. Həmçinin prezidenti inaqurasiya münasibətilə təbrik etdim. Tezliklə yenidən danışacağıq, Co”, - deyə Castin Tryudo özünün feysbukdakı səhifəsində yazıb.

Danışıqların gedişatında eləcə də iki ölkə əhalisinin peyvənd olunması məsələsində əməkdaşlıq, müdafiə, energetika sferalarında, Arktikada tərəfdaşlığı gücləndirmək müzakirə edilib.

Bununla yanaşı, siyasətçilər epidemioloji vəziyyət imkan verən kimi növbəti ayda görüşməyi razılaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO