Tramp ailə biznesinə qayıdır – Şirkətinin 300 milyon dollar borcu var

Tramp ailə biznesinə qayıdır – Şirkətinin 300 milyon dollar borcu var

Hazırda oxunan: Tramp ailə biznesinə qayıdır – Şirkətinin 300 milyon dollar borcu var

9326

ABŞ-ın keçmiş prezidenti Donald Tramp pandemiya məhdudiyyətlərinə görə “çökən” ailə biznesinə qayıdır. Onun sahib olduğu Doral qolf klubunun, Vaşinqtonda bir, Şotlandiya kurortlarında iki otelinin son il ərzində gəlirləri 40% - dən çox azalıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AP agentliyi yazıb.

Trampın 2020-ci il üzrə maliyyə məlumatları bu həftə postunu tərk etdikdən sonra açıqlanıb.

Məlum olub ki, onun şirkətinin növbəti dörd il ərzində ödəyəcəyi borc 300 milyon dollardan çoxdur.

Kiçik Donald Trampla birlikdə 4 il “Trump Organization” təşkilatına rəhbərlik edən Erik Tramp “Associated Press”ə bildirib ki, bu məbləğ heç də böyük sayılmır.

"Qolf biznesi elə də gəlirli olmayıb. Biz yüzlərlə yeni üzv qəbul etdik", - deyə o, əlavə edib ki, mənfəət “on milyonlarla" olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO