ABŞ Dövlət Departamentinin Qafqaz baş məsləhətçisi Filip Riker regiona gəlib. Artıq o Ermənistandadır. Ardınca Gürcüstan və Azərbaycana gələcək. Eyni gündə Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev də Bakıda səfərdədir.
Son zamanlar bildiyimiz kimi, Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması istiqamətində işlər xeyli intensivləşib. Hansı ki, bu prosesdə vasitəçi qismində həm Moskva, həm də Brüssel aktiv rol oynayır.
Ermənistan baş naziri Nikol Paşinyan da açıqlamaların birində bəyan etmişdi ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
Belə bir vəziyyətdə ABŞ və Rusiyadan olan rəsmilər eyni vaxtda bölgəmizə nə məqsədlə gəliblər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ və Rusiya rəsmilərinin bölgəyə səfərini İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması yolunda geostrateji rəqabət əlaməti kimi dəyərləndirdi:
“Cənubi Qafqazda sülhün əldə olunmasının ilk təşəbbüskarı Azərbaycandır. Son 30 illik dövrdə ilk dəfə olaraq Azərbaycan sülh üçün əlverişli zəmin yaradıb. Çünki öz ərazisini azad etməklə, həm də beynəlxalq hüququn tələblərini bərpa edib. Onu da bilirik ki, müharibədən iki il keçməsinə baxmayaraq, İrəvan hələ də mümkün sülh istiqamətində ciddi addımlar atmayıb.
Son Brüssel görüşündən sonra Paşinyan Vladivostokda olarkən bəyan etdi ki, əsas məsələlərdə prinsipial razılığa gələ bilmədik. Ancaq buna baxmayaraq, ortada bir həqiqət var ki, o da qısa müddətdə regionumuzda sülhün əldə olunmasının bütün tərəflərin maraqlarına cavab verməsidir.
Çünki qısa müddətdə sülh əldə olunmazsa, hadisələrin bundan sonrakı inkişaf ssenarisi tamamilə fərqli istiqamətdə ola bilər və Ermənistanı yenidən sülhə məcbur etmək üçün Azərbaycan müxtəlif addımlar ata bilər.
Ona görə düşünürəm ki, həm Paşinyanın ilin sonuna qədər sülhün əldə olunmasının mümkünlüyülə bağlı səsləndirdiyi fikir, həm də Rusiyanın regionda mümkün sülhə təşəbbüs etməsi hazırkı vəziyyəti yaradıb. Yəni eyni anda həm Rusiya, həm də ABŞ öz nümayəndəsini regiona göndərib.
Bu prosesdə geostrateji rəqabət əlamətləri də görünməkdədir. Aİ və ABŞ sülhün əldə olunmasında özlərinin aparıcı təşəbbüskar rolunda çıxış etdiklərini dünyaya göstərməyə çalışır. Ancaq Rusiya tərəfi bunu psevdotəşəbübskarlıq kimi dəyərləndirib. Yəni əslində sülhün təməli üçtərəfli bəyanamədə olan prinsiplərdə qoyulub.
Ona görə də hər iki tərəfdən gələn diplomatların səyləri sülh üçün ortaq qurmalıdır. Bütün hallarda Azərbaycan sülh üçün təşəbbüs göstərən hər addımı dəstəkləyir. ABŞ-ın gələn nümayəndəsilə danışıqlarda predmet yalnız və yalnız İrəvanla Bakı arasında mümkün sülh saişinin imzalanması ilə bağlı ola bilər. Bu təşəbbüskarlıq sülhə gətirəcəyi təqdirdə, çox qiymətli olacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:30 / 09.09.2022
ABŞ və Rusiyadan eyni anda gələn SÜLH GÖYƏRÇİNLƏRİ: “Prosesdə rəqabət əlamətləri var”
Hazırda oxunan: ABŞ və Rusiyadan eyni anda gələn SÜLH GÖYƏRÇİNLƏRİ: “Prosesdə rəqabət əlamətləri var”
Hazırda oxunan: ABŞ və Rusiyadan eyni anda gələn SÜLH GÖYƏRÇİNLƏRİ: “Prosesdə rəqabət əlamətləri var”
92970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.