ABŞ-ın Avropa Komandanlığından ANAMA-ya TƏKLİFLƏR

ABŞ-ın Avropa Komandanlığından ANAMA-ya TƏKLİFLƏR

Hazırda oxunan: ABŞ-ın Avropa Komandanlığından ANAMA-ya TƏKLİFLƏR

92845

ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.

ANAMA-dan Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb.

Avropa Komandanlığı tərəfindən Agentliyin təlimatçılarına “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə (EOD) müxtəlif səviyyəli yeni bilik və bacarıqları əhatə edən təlimlərin keçirilməsinə dair danışıqlar aparılıb.

Həmçinin, minatəmizləmə əməliyyatlarında istifadə edilən yeni avadanlıqların təqdim edilməsi və sınaqdan keçirilməsi barədə Avropa Komandanlığının təklifi Agentlik rəsmiləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyəti 6-7 sentyabr tarixlərində Agentliyin Göygöl və Ağdamda yerləşən Regional Mərkəzlərinə səfər edib. Səfər çərçivəsində ANAMA
tərəfindən keçirilən təlimlər, eləcə də icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO