Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonşu Yunanıstana xəsərt xəbərdarlıq edib.
Bizim.Media "Anadolu" agnetliyinə istinadən xəbər verir ki, Samsun şəhərindəki “Teknofest Karadeniz”də çıxış edən Türkiyə lider bildirib ki, Yunanıstan ölkəsinə qarşı çirkin əməllərə son qoymalıdır.
Əks halda bunun qarşılığını ağır formada ödəyəcək:
“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, qarşılığı ağır olacaq. Yunanıstana bir cümləmiz var: İzmiri unutma! Vaxtı-saatı gələndə lazım olanı edəcəyik. Bir gecə ansızın gələ bilərik”, - Türkiyə lideri vurğulayıb.
Bizim.Media