Putin 8 aydır erməni səfiri qəbul etmir

Putin 8 aydır erməni səfiri qəbul etmir

Hazırda oxunan: Putin 8 aydır erməni səfiri qəbul etmir

91346

Vaqarşak Arutyunyanın Ermənistanın Rusiyaya səfir təyin olunmasından 8 ay keçsə də, o, hələ də etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təhvil verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” yayıb. 

Mənbə yazır ki, diplomatik dairələrdə belə bir fikir formalaşıb ki, Rusiya prezidenti bu yolla Ermənistanın baş nazirinə və onun təyin etdiyi səfirə qarşı öz “xüsusi” münasibətini nümayiş etdirir.

Rusiyanın rəsmi dairələri də ondan (Nikol nəzərdə tutulur) çox narazı qalıblar.

Başqa bir versiyaya görə isə Arutyunyanın səfir kimi fəaliyyəti ilə razılaşmayan və bu vəzifəyə başqa namizəd tapmağa hazırlaşan Ermənistan hakimiyyəti etimadnamənin Putin tərəfindən qəbul etmə prosesini süni surətdə gecikdirir.
“Ermənistanın Rusiyadakı səfirliyindən İrəvana məlumat ötürülüb ki, Vaqarşak Arutyunyan Moskvada qapalı görüşlər zamanı dəfələrlə Nikol Paşinyanla heç bir əlaqəsinin olmadığını, baş nazirin apardığı siyasətlə razılaşmadığını, özünün isə rusiyayönlü olduğunu bildirib”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO