Payızda Avropada koronavirusun yeni dalğası gözlənilir - ÜST

Payızda Avropada koronavirusun yeni dalğası gözlənilir - ÜST

Hazırda oxunan: Payızda Avropada koronavirusun yeni dalğası gözlənilir - ÜST

91196

Avropa ölkələrində bir neçə həftə sonra koronavirusa yoluxanların sayı 250 milyon nəfərə çatacaq. Payızda yoluxmanın yeni dalğası gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

"Biz pandemiya ilə mübarizədə böyük uğurlar qazanmışıq. Amma virus əvvəlki kimi dövr edir, insanlar xəstəxanalara düşməkdədir. Təkcə ötən həftə 3 min nəfər həyatını itirib. Payız və qışın yaxınlaşması ilə biz xəstəliyin növbəti dalğasını gözləyirik", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO