Türkiyədə

Türkiyədə "Texnofest" başlayır - FOTO

Hazırda oxunan: Türkiyədə "Texnofest" başlayır - FOTO

91085

Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" işinə başlayır.

Bizim.Media xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.

Builki "Texnofest"də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, elm adamları, nazirlər, TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqların iştirakı gözlənilir.
Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitinə iştirak pulsuzdur və hər kəs üçün açıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO