Aİ-nin müdafiə nazirləri toplanır

Aİ-nin müdafiə nazirləri toplanır

Hazırda oxunan: Aİ-nin müdafiə nazirləri toplanır

90923

Bu gün Avropa İttifaqına (Aİ) üzv ölklərin müdafiə nazirlərinin qeyri-rəsmi iclası başlayır.

Bizim.Media "reuters"ə istinadən xəbər verir ki, iki gün davam edəcək qeyri-formal iclas Aİ Şurasına sədrlik edən Çexiyanın paytaxtı Praqada baş tutacaq.

İclasın əsas mövzusu Rusiyanın Ukraynaya təcavüzü və bunun Aİ-yə üzv ölkələrin təhlükəsizliyinə təsiridir.

Avropa İttifaqının müdafiə nazirləri ilə yanaşı, BMT, NATO və Avropa Parlamentinin yüksək vəzifəli rəsmilərinin iştirak edəcəyi görüşün birinci hissəsində müharibə aktının nəticələri müzakirə olunacaq.
 

Müdafiə nazirləri həmçinin Rusiyanın Afrikadakı fəaliyyətinin təsirini müzakirə edəcək, xüsusilə Aİ-nin regiondakı fəaliyyətinə diqqət yetirəcəklər.

Avqustun 30-da keçiriləcək növbəti sessiyada isə "Aİ-nin Müdafiə İnvestisiyasında Boşluq" Təhlili müzakirə olunacaq. Müzakirə mayın ortalarında Brüsseldə nazirlərə təqdim olunan sənədə əsaslanacaq və bu sənəddə cari məsələlər, eləcə də gələcək planlar təsvir olunacaq.

İclasda Ukraynanın müdafiə naziri Aleksey Reznikov da iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO