Türkiyədə terror hadisələri səngimək bilmir.
Məlumata görə, Türkiyənin Qars vilayətinin Kağızman şəhərində terror qruplaşmasının üzvləri ilə hərbçilər arasında silahlı qarşıdurma olub. Nəticədə 1 əsgər həlak olub, 1 əsgər isə yaralnıb, 3 terrorçu məhv edilib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə hərbçilərin terrorçulara qarşı təşkil etdiyi əməliyyat zamanı baş verib. Əvvəlcə silahlı atışma zamanı 2 əsgərin ağır yaralandığı bildirilsə də ağır yaralı əsgərlərdən biri xəstəxanada olarkən dünyasını dəyişib. Digər yaralı hərbçinin səhhətinin yaxşı olduğu deyilir.
Məlumata görə, həmin ərazidə hərbi hava qüvvələrinin də iştirakı ilə terrorçulara qarşı əməliyyatlar davam etdirilir (ANS PRESS).



































































































