Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 1061-ə çatdı

Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 1061-ə çatdı

Hazırda oxunan: Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 1061-ə çatdı

90868

Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində leysan yağışlar nəticəsində daha 28 nəfər ölüb, 48 nəfər yaralanıb.

Bizim.Media “euronews”a istinadən xəbər verir ki, bununla da iyunun 14-dən etibarən İslam Respublikasında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 1 061 nəfərə, yaralıların sayı isə 1 575-ə çatıb.

Təbii fəlakət nəticəsində ümumilikdə 992 min 871 evə ziyan dəyib, 727 min 144 baş heyvan tələf olub.

Ölkədə ümumilikdə təxminən 33 milyon 46 min nəfər leysan yağışlardan zərər çəkib, hazırda 498 min 442 adam yardım düşərgələrində yaşayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO