Macarıstan sanksiyaların tətbiqində Avropa İttifaqının əsas səhvini açıqladı

Macarıstan sanksiyaların tətbiqində Avropa İttifaqının əsas səhvini açıqladı

Hazırda oxunan: Macarıstan sanksiyaların tətbiqində Avropa İttifaqının əsas səhvini açıqladı

90845

Macarıstan baş nazirinin ofisinin rəhbəri Gergey Quyyaş Tixan şəhərində keçirilən "Tranzit" ictimai forumunda deyib ki, anti-Rusiya sanksiyalarının enerji sektoruna tətbiqi Avropa İttifaqının əsas səhvi olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətinin qalxmasına məhz bu səbəb olub.

“Avropa İttifaqı enerji sektoruna sanksiyaları genişləndirdikdən sonra qiymətlər artmağa başladı... Bu, əsas səhv idi”, - Quyyaş bildirib.

Macarıstan rəsmisi əlavə edib ki, Pakş II atom elektrik stansiyasının iki blokunun tikintisi üçün Macarıstanın Atom Enerjisi üzrə İdarəsi tərəfindən verilən icazə “elektrik enerjisinin verilməsinə zəmanət verəcək”.

Onun sözlərinə görə, Rusiyanın kredit olmasaydı, tikinti 10 il uzanardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO