Portuqaliyada Avropanın ən böyük dinozavrının qalıqları tapıldı

Portuqaliyada Avropanın ən böyük dinozavrının qalıqları tapıldı

Hazırda oxunan: Portuqaliyada Avropanın ən böyük dinozavrının qalıqları tapıldı

90827

Portuqaliyanın Pombale yaşayış məntəqəsində aparılan qazıntılar zamanı dinozavrın qalıqları tapılıb. Ehtimal ki, bunlar Avropada indiyə qədər tapılmış ən böyük dinozavrın qalıqlarıdır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “The Guardian” nəşrində yer alıb.

Qazıntılar 2017-ci ildə həmin sahənin sahibinin qalıqları aşkar etdikdən və Lissabon Universitetinə müraciətindən sonra başlayıb.

Hadisə yerində İspaniya və Portuqaliyadan olan paleontoloqlar işləyir. Onlar fəqərələri və qabırğaları tapıblar. Aşkar edilmiş dinozavr, mütəxəssislərin fikrincə, zavropod (Uzun boyunlu və quyruqlu dördayaqlı ot yeyən dinozavrlar qrupu. Bunlar yer üzündə indiyə qədər olan ən böyük heyvanlardır) adlanır və braxiozavrlar ailəsinə aid olub.

Tapılan dinozavrın hündürlüyü 12 metrə, uzunluğu isə 25 metrə çatıb. Tapıntının təxminən 150 milyon il yaşı var.

Alimlər qeyd edirlər ki, belə tapıntılar olduqca nadirdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO