Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin", - deyə sərəncamda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:26 / 27.08.2022
Putin türkmənistanlı keçmiş həmkarını TƏLTİF ETDİ
Hazırda oxunan: Putin türkmənistanlı keçmiş həmkarını TƏLTİF ETDİ
Hazırda oxunan: Putin türkmənistanlı keçmiş həmkarını TƏLTİF ETDİ
90651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.