Tramp əfv qərarı verdi - Kimlər azadlığa buraxılır?

Tramp əfv qərarı verdi - Kimlər azadlığa buraxılır?

Hazırda oxunan: Tramp əfv qərarı verdi - Kimlər azadlığa buraxılır?

9059

ABŞ Prezidenti Donald Tramp 73 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında Trampın keçmiş müşaviri Stiven Bennon, biznesmen Elliot Broydi də var.

Siyahıda ABŞ-ın Respublika Partiyasının siyasi məsləhətçisi Pol Erikson, reperlər Lil Uayn və Kodak Blek, “Uber Technologies” şirkətinin keçmiş mühəndisi Entoni Lenavdovski, Nümayəndələr Palatasının sabiq üzvü Piçard Rensi kimi tanınmış simalar var.

Bundan başaqa Tramp daha 70 nəfərin cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar verib.

ABŞ prezidenti Donald Tramp Vikileaks-in təsisçisi Culian Assang və Milli Təhlükəsizlik Agentliyinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudeni əfv etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO