“WhatsApp”dan daha bir YENİLİK 

“WhatsApp”dan daha bir YENİLİK 

Hazırda oxunan: “WhatsApp”dan daha bir YENİLİK 

90125

Dünyanın ən məşhur sosial mesajlaşma platforması olan “WhatsApp” test rejimində “İcmalar”ı işə salıb. 

Bizim.Media “techcrunch.com”a istinadən xəbər verir ki, bu funksiya Androiddə messencerin ictimai və beta versiyalarının bəzi istifadəçiləri üçün əlçatandır. 

Qeyd olunur ki, “İcmalar” düyməsi “Kamera” bölməsini əvəz edəcək. Yeni menyuda istifadəçilər 10-a qədər qrupdan ibarət icma yarada biləcəklər ki, onların hər birində 512-yə qədər üzv ola bilər. 

Həmçinin bildirilir ki, digər üzvlərin istifadəçilərin nömrələrini görməməsi üçün icmalarda telefon nömrələrini gizlətmək funksiyası hazırlanır. 

Bununla yanaşı “WhatsApp” rəsmi olaraq istifadəçilərə söhbətlərini çeşidləməyə imkan verəcək yeni özəllik təqdim edib. Yeni “oxunmamış söhbət filtri” avtomatik olaraq yuxarıdakı oxunmamış söhbətləri göstərəcək ki, vacib mesajlar əldən buraxılmasın.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO