Putinin dostunun keçmiş həyat yoldaşı İrəvan meri olmaq istəyir - FOTO

Putinin dostunun keçmiş həyat yoldaşı İrəvan meri olmaq istəyir - FOTO

Hazırda oxunan: Putinin dostunun keçmiş həyat yoldaşı İrəvan meri olmaq istəyir - FOTO

89643

Rusiyalı milyarder Arkadi Rotenberqin keçmiş həyat yoldaşı Natalya Rotenberq-Arzakantsyan İrəvan meri olmaq fikrinə düşüb. Avqustun 20-də “Vətənin Gücü” partiyasının birinci qurultayında onun namizədliyi irəli sürülüb.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, tədbirdə Nataliya Rotenberq erməni dilində çıxış edib.

O, “Vətənin Gücü” Partiyasının lideri Tiqran Arzakantsyanın həyat yoldaşıdır. Onlar partiyanı birlikdə 2022-ci ilin martında yaradıblar.

İrəvan Şəhər Şurasına seçkilər 2023-cü ilin sentyabrına təyin edilib.

Xatırladaq ki, Arkadi Romanoviç Rotenberq 15 dekabr 1951-ci ildə Leninqradda dünyaya gəlib. Rusiyanın Əmək Qəhrəmanı olan iş adamı prezident Vladimir Putinin yaxın dostudur.
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra ona qarşı şəxsi sanksiyalar tətbiq olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO