Duqinin qızı öldürüldü: Terakt özünə qarşı hazırlanıbmış – FOTO/VİDEO

Duqinin qızı öldürüldü: Terakt özünə qarşı hazırlanıbmış – FOTO/VİDEO

Hazırda oxunan: Duqinin qızı öldürüldü: Terakt özünə qarşı hazırlanıbmış – FOTO/VİDEO

89633

Rusiyanın məşhur filosofu Aleksandr Duqinin qızı Dariya Moskva vilayətində dünyasını dəyişib. Onun avtomobili naməlum şəxslər tərəfindən partladılıb. Qız “Ənənə” festivalından evə qayıdırdı.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, onun atası qızı ilə birlikdə maşında olmalı imiş.

Nəticədə o, başqa maşına minib. Beləliklə, aydın olur ki, məqsəd Dariya deyil, Aleksandr Duqinin özü olub.

“Ənənə” festivalı bu il Moskva yaxınlığındakı Zaxarova malikanəsində keçirilib. Dariyanın “Land Cruiser Prado” avtomobili paytaxtdan təxminən 25 kilometr aralıda yerləşən Bolşiye Vyazemi ərazisində hərəkətdə olarkən partlayıb.

Duqinin özü festivalda Moskva vaxtı ilə saat 18:00-da mühazirə oxuyub. Onun məruzəsi “Ənənə və tarix” adlanırdı. O, tarixi təfəkkürün metafizik dualizminə həsr olunmuşdu.

Duqin tanınmış rus filosofu, publisist və politoloqudur. O, həm də mühafizəkar siyasi doktrina olan Avrasiyaçılığın ideoloqlarından biridir. 2014-cü ildən Duqin Aİ və ABŞ-ın sanksiyaları altındadır.
 


Qeyd edək ki, Dariya Duqina Qarabağ nizamlanması məsələsində Moskvada Azərbaycan həqiqətlərini geniş şəkildə təbliğ edib. O, Azərbaycanın böyük dostu olub. Dariya 2020-ci ildə Azərbaycanın antiterror xüsusi əməliyyatının informasiya dəstəyində böyük rol oynayıb.

Bu yaxınlarda Dariya Duqina Rusiyanın Ukraynadakı hərbi kampaniyasını fəal şəkildə dəstəkləyib.

Cəmi ay yarım əvvəl Böyük Britaniya "Ukraynada sabitliyi pozacaq siyasət və ya hərəkətləri dəstəklədiyinə və təşviq etdiyinə" görə ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

“Tsar-qrad” telekanalının məlumatına görə, qatillər ilk növbədə onun atası, “Rus dünyasının” ideoloqu Aleksandr Duqini hədəf alıblar. O da bu maşına minməli imiş və sui-qəsd ona qarşı hazırlanıbmış. Amma Duqin bir neçə saat əvvəl “Ənənə və tarix” mühazirəsini oxuduğu festivaldan evə başqa maşınla gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO