İranda yoxulluq səviyyəsinin altında yaşayan əhali inqilab dövründə 20% idisə, indi 60%-ə çatıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İranda dərc edilən "Sənaye Dünyası" qəzeti avqustun 14-dəki sayında İslam İnqilabından bəri ölkədə yoxsulluq səviyyəsinin 3 dəfə artdığını yazıb.
Qəzet "Yanlış yarım əsr" başlıqlı yazısında bildirib ki, 1979-cu ildə İran əhalisinin 20%-i yoxsulluq səviyyəsinin altında idisə, 1400-cü ilin sonunda (21 mart 2022-ci ilə qədər) bu rəqəm 52%-ə çatıb.
Məlumata görə, hazırda İran əhalisinin 60%-i yoxsulluq səviyyəsinin altında yaşamağa məcbur qalıb və insanların böyük bir qisminin vəziyyəti daha da fəlakətlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:53 / 15.08.2022
İranda yoxsulluq 60%-ə çatdı
Hazırda oxunan: İranda yoxsulluq 60%-ə çatdı
Hazırda oxunan: İranda yoxsulluq 60%-ə çatdı
88570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.