Vitali Kliçko həyat yoldaşından boşanır - FOTO

Vitali Kliçko həyat yoldaşından boşanır - FOTO

Hazırda oxunan: Vitali Kliçko həyat yoldaşından boşanır - FOTO

88566

Kiyev şəhərinin meri Vitali Kliçko həyat yoldaşından boşanır.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ukrayna nəşrlərindən birinə müsahibəsində danışıb.

O, qeyd edib ki, qərar qarşılıqlı şəkildə verilib. Mer əlavə edib ki, həyat yoldaşı başqa ölkədə yaşayır və onların maraqları kəsişmir, ona görə də boşanma tamamilə məntiqli qərardır.

"Sirr deyil ki, biz uzun illər təkcə müxtəlif şəhərlərdə deyil, həm də müxtəlif ölkələrdə yaşayırıq. Uzun illərdir - fərqli maraqlar, fərqli həyatlar. Və biz bunu rəsmiləşdirməyə qərar verdik.
Hələ də yaxşı münasibətlərimiz var, bir-birimizə hörmət edirik, uşaqlar artıq böyüyüb, həyat davam edir”, - Kliçko bildirib.

Kiyev meri 1996-cı ildən evlidir, həyat yoldaşı Natalya ilə evliliyindən üç övladı var: Yeqor-Daniel, Yelizaveta-Viktoriya və Maksim-Aleksandr.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO