Masaj seansında ŞOK OLAY - FOTO

Masaj seansında ŞOK OLAY - FOTO

Hazırda oxunan: Masaj seansında ŞOK OLAY - FOTO

88239

İngiltərədə yaşayan 60 yaşlı Cey Stil iki qadına təcavüz etməkdə təqsirli bilinib. 

Bizim.Media xəbər verir ki, o, sözügedən qadınların vebsayt vasitəsilə rezervasiya etdirdikləri masajdan sonra polisə müraciə etməsi nəticəsində həbs edilib.

İlk insident 2017-ci ildə Londonun cənubundakı Southwark şəhərində baş verib. Stil həmin il martın 1-də həbs edilsə də, iddiaları rədd etdikdən sonra istintaq çərçivəsində sərbəst buraxılıb.

İkinci hadisə isə 2019-cu ildə Londonun şimal-qərbindəki Dollis Hilldəki bir ünvanda baş verib. Cinsi-istismar barədə polisə məlumat verilsə də, Stil yenidən iddiaları rədd edib. O, yalnız saytın reklamında göstərildiyi kimi "peşəkar masaj xidmətləri" göstərdiyini söyləyib.

Lakin ötən ilin aprelində yenidən şikayət edilən Stil, may ayında Croydon Crown Məhkəməsində işin yekunlaşmasından sonra beş qadına təcavüzdə günahkar bilinib.

O, ötən həftə baş tutan yekun məhkəmədə 18 ay həbs cəzasına məhkum edilib və ona 7 il Cinsi Zərərin Qarşısının Alınması əmri verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO