"Konkret məsələlər müzakirə edilib. Terror fəaliyyətlərinin qarşısını almaq üçün hər cür tədbirləri görməkdə qərarlıyıq".
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu bildirib.
"İncirlik bazası ilə bağlı məsələ həllini tapıb. ABŞ-la fikir ayrılığı da aradan qaldırılıb. Biz Türkiyə sərhədləri daxilində İŞİD-i görmək istəmirik. Müttəfiq ölkələrin Türkiyənin niyyətini düzgün qəbul etmələri lazımdır. 2013-cü ilin may ayında verilən söz yerinə yetiriləcək. Bütün silahlı qruplar Türkiyəni tərk edəcək. 121 ölkədən bizə dəstək verilib", - Davudoğlu vurğulayıb.































































































