ABŞ geri addım atdı:

ABŞ geri addım atdı: "Tayvanın müstəqilliyini dəstəkləmirik"

Hazırda oxunan: ABŞ geri addım atdı: "Tayvanın müstəqilliyini dəstəkləmirik"

86540

"ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"

Bizim.Media xəbər verir ki,bu barəd Ağ Evin sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən təcavüz üçün bəhanə kimi istifadə etmək üçün heç bir əsası yoxdur.

"N.Pelosi hələ Tayvana səfər etmək planını təsdiqləməyib. Lakin o, bunu etmək hüququna malikdir. Bütün hallarda məsuliyyət rəsmi Pekinin üzərinə düşəcək".
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien N.Pelosinin Tayvana avqusta planlaşdırılan səfəri barədə sərt açıqlama vermişdi:

"Nensi Pelosi "Vahid Çin" prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO