Müharibə Ermənistanla diaspor arasındakı ipləri KƏSDİ - Erməni politoloq

Müharibə Ermənistanla diaspor arasındakı ipləri KƏSDİ - Erməni politoloq

Hazırda oxunan: Müharibə Ermənistanla diaspor arasındakı ipləri KƏSDİ - Erməni politoloq

86393

“Hazırda Ermənistanla erməni diasporu arasında etimad yoxdur. İkinci Qarabağ müharibəsi göstərdi ki, uçurum dərinləşib, inam telləri tamamilə qırılıb. İndiyə qədər Ermənistanla diaspor arasında əlaqə iki aspekt üzərində qurulmuşdu: turizm və humanitar yardım. İnvestisiyaları da qeyd edə bilərik. Təəssüf ki, bu, təkcə indiki deyil, əvvəlki hakimiyyətin də problemidir. Məsələ burasındadır ki, erməni diasporu Ermənistanın müstəqilliyinə qarşı olub, çünki Rusiyanın qarantiyasını itirərək ölkənin Türkiyədən asılı olacağından qorxurdular”. 

Bizim.Media xəbər verir ki, bunu “Xetq”ə müsahibəsində Fransada yaşayan erməni politoloq və şərqşünas Tiqran Yeqaviyan deyib.

Onun sözlərinə görə, diaspor ermənilərinin siyasi iradəsi yoxdur və onların Ermənistan, millət və dövlətçilik haqqında yalnız mücərrəd təsəvvürləri var:

“Onlar öz dövlətlərinin olmasının nə olduğunu anlamırlar. Müharibə sübut etdi ki, biz dövlət mədəniyyəti olmayan xalqıq, “millət”lə “dövlət”i ayıra bilmirik. Hətta diasporun işi üzrə aparatı olan indiki hakimiyyət də maraqlara əsaslanan münasibətləri inkişaf etdirə bilməyib.

Ermənistanın əsas səhvi ondan ibarətdir ki, onlar diaspor ermənilərinin potensialını cəlb edə bilməyiblər. Diaspor üçün Ermənistanın heç bir əhəmiyyəti yoxdur, onlar üçün əsas məsələ “soyqırım”ın tanınmasıdır”.

Yeqaviyan onu da qeyd edib ki, 1991-ci ildən sonra Fransaya gələn ermənilər Fransadakı erməni icmasının ənənəvi strukturlarında öz yerlərini tapa bilməyiblər.

“Fransa erməniləri Ermənistanın ictimai-siyasi həyatı ilə maraqlanmır, xəbərləri izləmir və siyasi həyatın mürəkkəbliklərini başa düşmürlər. Uzun müddət Fransada yaşayan ermənilərlə yeni köçən ermənilər arasında münaqişəni də müşahidə edə bilərik. “Erməni inqilabı” yönümlü “klassik” diaspordan fərqli olaraq, yeni gələnlər daha çox Ermənistanın gündəlik həyatı və sosial həyatı ilə maraqlanır. Biz “diasporda çoxdan köhnəlmiş strukturları necə bərpa etmək olar” problemilə üz-üzəyik”, - deyə politoloq vurğulayıb.

Ermənistanın hazırkı problemlərindən danışan Yeqaviyan bildirib ki, ölkə hazırda çətin vəziyyətdədir.

“Ölkə artıq öz taleyinə nəzarət etmir. Kobud desək, masada iki variant var: ya Ermənistan Rusiyanın regionuna çevrilsin, ya da heç bir ölkənin müqayisə oluna bilməyəcəyi vahid dövlət olsun. Ermənistan kimi postsovet sistemində sovet dövründə mövcud olan bütün strukturlar qorunub saxlanılıb. Məsələn: Ermənistanda niyə parlamentdə iki palata yoxdur? Axı onlardan birində az səlahiyyətlərə malik olan, lakin hansısa yolla ölkənin həyatında iştirak edəcək diaspor erməniləri də ola bilərdi”, - deyə fransız politoloqu yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO