Nikolayevin atəşə tutulması zamanı Ukrayna Qəhrəmanı öldü

Nikolayevin atəşə tutulması zamanı Ukrayna Qəhrəmanı öldü

Hazırda oxunan: Nikolayevin atəşə tutulması zamanı Ukrayna Qəhrəmanı öldü

86377

İyulun 31-nə keçən gecə Nikolayevin atəşə tutulması zamanı Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti olan “Nibulon” şirkətinin sahibi Aleksey Vadaturski həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” məlumat yayıb.

Vadaturskinin evinə rus mərmisi düşüb, həyat yoldaşı da ölüb. Daha sonra məlumatı vilayət rəhbəri Vitali Kim təsdiqləyib.

"Bu gün şəhərimiz öz Qəhrəmanını itirdi. Gecə saatlarında şəhərin atəşə tutulması nəticəsində Ukrayna Qəhrəmanı, "Nibulon" şirkətinin baş direktoru Aleksey Vadaturski və onun həyat yoldaşı Raisa Mixaylovna faciəvi şəkildə həlak oldular. Aleksey Afanasyeviç Nikolayev vilayəti və Ukrayna üçün çox şey edib. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına verdiyi töhfə əvəzsizdir”, - Kim deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO