"Biz ABŞ-la silahlı münaqişəyə hazırıq".
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsində atəşkəsin əldə olunmasının 69-cu ildönümü ilə bağlı baş tutan tədbirdə bildirib.
O, Silahlı qüvvələrin istənilən böhrana cavab verməyə tam hazır olduğunu söyləyib:
“Ölkəmizin nüvə müharibəsindən yayındıran silahı da öz missiyasına uyğun olaraq gücünü tam və sürətlə səfərbər etməyə hazırdır”.
“ABŞ-ı düşmənçilik siyasətinə haqq qazandırmaq üçün Şimali Koreyanı “şeytanlaşdırır”. Şimali Koreyanı hədəf alan ABŞ-Cənubi Koreya hərbi təlimləri də ABŞ-ın “ikili standart” aspektlərini göstərir” – deyə Kim Çen In qeyd edib.
Xatırladaq ki, Şimali Koreya iyulun 3-də Madriddə keçirilən NATO-nun 32-ci Zirvə toplantısında ABŞ, Cənubi Koreya və Yaponiyanın hərbi əməkdaşlığını sərt tənqid etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:08 / 28.07.2022
Kim Çen In: “ABŞ-la silahlı münaqişəyə hazırıq”
Hazırda oxunan: Kim Çen In: “ABŞ-la silahlı münaqişəyə hazırıq”
Hazırda oxunan: Kim Çen In: “ABŞ-la silahlı münaqişəyə hazırıq”
85850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.