Boris Conson NATO-ya rəhbərlik edə bilər - “The Telegraph”

Boris Conson NATO-ya rəhbərlik edə bilər - “The Telegraph”

Hazırda oxunan: Boris Conson NATO-ya rəhbərlik edə bilər - “The Telegraph”

85690

Sentyabr ayında Britaniyanın baş naziri postunu tərk edəcək Boris Conson NATO-nun növbəti baş katibi ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Britaniyanın “The Telegraph” nəşrində yerləşdirilib. 

Mənbə yazır ki, Conson bu il sentyabrın əvvəlində istefa verməlidir, Yens Stoltenberqin isə NATO-nun baş katibi postundan getməsi gələn ilin sentyabrına planlaşdırılıb. Consonun bu vəzifəyə namizədliyini Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatlar dəstəkləyir.

Britaniya parlamentinin üzvü Riçard Draqs Consonu dəstəkləyəcəyini bildirib:

“İstənilən görkəmli britaniyalı əla seçim olardı. Həqiqətən Boris Consonun istədiyi budursa, onu dəstəkləyəcəm”.

"Əgər o, NATO-nun baş katibi postuna namizədliyini versə, prezident Zelenskidən dəstək alacağına inanmıram”, - deputat Mark Fransua vurğulayıb.

Keçmiş Brexit naziri Devid Cons əlavə edib ki, Böyük Britaniyanın baş naziri “Putinin təcavüzünə qarşı Qərbin reaksiyalarına faktiki olaraq rəhbərlik edib”.

Eyni zamanda, britaniyalı mühafizəkarların əleyhdarları buna  şübhə ilə yanaşırlar. Hesab edirlər ki, Consonu NATO baş katibinin yerinə qoymaq cəhdinə Fransa veto qoyacaq.

Britaniya ordusunun keçmiş komandiri lord Riçard Dannat Consonu xarakterinə görə dəstəkləyə bilmədiyini deyib:

“Şübhəsiz ki, o, çox yaxşı işlər gördü və bizim Ukraynaya dəstəyimiz fantastikdir. Amma bu, şəxs dürüst deyil. Düzdür, Boris Consonu beynəlxalq səhnədə ifşa etmək istəmirik. O, millət üçün ləkədir”.
Nəşr onu da qeyd edir ki, Fransa prezidenti Emmanuel Makronun Consonun namizədliyini dəstəkləməsi çox şübhəli görünür. NATO-nun baş katibi yekdil qərarla təyin olunur və istənilən ölkə veto qoya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO