Türkiyə taxıl daşıyacaq gəmiləri yoxlayacaq - BMT

Türkiyə taxıl daşıyacaq gəmiləri yoxlayacaq - BMT

Hazırda oxunan: Türkiyə taxıl daşıyacaq gəmiləri yoxlayacaq - BMT

85627

Qara dənizdən Ukrayna taxılını daşıyacaq gəmilərin yoxlanılması Türkiyə hakimiyyəti tərəfindən Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Baş katib (Antonio Quterres) iyulun 22-də əldə olunan razılaşmaya əsasən, Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə gəmi yoxlamalarının Türkiyə tərəfi tərəfindən aparılacağını, ukraynalıların isə Qara dənizdən təhlükəsiz keçidini təmin edəcəyini açıqlayıb", - deyə F.Haq qeyd edib.

Onun sözlərinə görə, gəmilər Ukrayna limanlarına gedərkən və geri qayıdarkən silah-sursatların olub-olmaması ilə bağlı yoxlanılacaq:

"Taxıl daşınmasının izlənməsi ilə məşğul olan Birgə Koordinasiya Mərkəzi İstanbulda Milli Müdafiə Universitetinin binasında yerləşir və 4 şöbədən ibarətdir: Türkiyə, Rusiya, Ukrayna və BMT. Ümid edirik ki, Birgə Koordinasiya Komitəsinin sədri tezliklə açıqlanacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO