Fil balası onu yemləyən turistdən üz döndərib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, internetdə yayılan videoda bir turistin çox mehriban tərzdə fil balasına yaxınlaşdığı lentə alınıb.
Belə ki, balaca fili sığallamaq üçün həmin ziyarətçi heyvana şirin qida verir.
Xortumu ilə şirniyyatı götürən fil balası isə turistə arxa çevirib, ayağı ilə “rədd eləmək” ifadəsinə bənzər hərəkət edir. Daha sonra həmin şirniyyatı da yerə tullayır.
Filin kefsiz olduğunu deyən turist onun hərəkətini bu sözlərlə təsvir edib: ''Şirniyyatını götür, bu mənim xoşuma gəlmir''
Bizim.Media