Yaponiyada Kyuşu adasında Sakuracima vulkanı püskürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “TASS” agentliyi yayıb.
Mənbə yazır ki, kül və tüstü 2,5 km hündürlüyə qalxır.
Meteoroloqlar, xüsusilə kraterdən 3 km radiusda yerləşən Kaqoşima şəhərinin Arimura və Furusato rayonlarının ərazisinə iri vulkanik süxurların düşmə riski barədə xəbərdarlıq ediblər.
Şəhər üçün təhlükə səviyyəsi evakuasiyanı nəzərdə tutan maksimum beşinci səviyyəyə qaldırılıb.
Vulkandan 3 km məsafədə yerləşən və 11 nəfər əhalisi kənddə hazırda qismən evakuasiya işləri aparılır.
Qeyd edək ki, Sakuracima Yaponiyanın ən aktiv vulkanlarından biridir və dağda müntəzəm püskürmələr baş verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:51 / 25.07.2022
Bu şəhərdə vulkan püskürdü – Əhali təxliyə edildi
Hazırda oxunan: Bu şəhərdə vulkan püskürdü – Əhali təxliyə edildi
Hazırda oxunan: Bu şəhərdə vulkan püskürdü – Əhali təxliyə edildi
85218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.