Bu ölkədə pərdə taxmaq qadağandır – SƏBƏB 

Bu ölkədə pərdə taxmaq qadağandır – SƏBƏB 

Hazırda oxunan: Bu ölkədə pərdə taxmaq qadağandır – SƏBƏB 

8482

Əgər siz həyatınızda bir dəfə də olsun İsveçə səfər etmisinizsə, demək olar ki, bütün yaşayış binalarının pəncərələrində pərdə olmadığının şahidi ola bilərsiniz.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, digər ölkələrdə bu qanun qəbuledilməz olsa da İsveçdə hər şey tam əksinədir.

İsveç ailələri həyatlarını ictimai nümayişə qoymağı sevirlər. Ölkədə nadir halda bəzən pəncərələrdə, ancaq gecələr örtülən şəffaf tül və ya jalüzləri görə bilərsiniz. Ancaq bu ev aksesuarı daxili dizaynda daha çox dekor elementi kimi istifadə olunur. 

Bəs, İsveçdə bu ənənə haradan yaranıb və səbəbi nədir?

Bu həyat tərzi İsveç xalqına tarixən irsi qalıb. Belə ki, XVII əsrdə İsveçdə vətəndaşların pəncərələrdən nəsə asmağını qadağan edən qanun qəbul edildi. Bu qanun hər kəsin qonşusunun imkanları daxilində yaşadığına şəxsən əmin ola bilməsi üçün idi.

Bundan əlavə, kral mühafizəçilərinin vətəndaşların qanunu pozmadığını yoxlamaq üçün pəncərədən evin içinə baxmaq hüququna sahib idilər. 

Bu adətin ikinci səbəbinin də tarixi bir keçmişi var. Qədim dövrlərdə əyalət sakinlərinin əsas sənəti balıq ovu olub. Kişilər balıq ovundan gecəyarı qayıdanda, küçələrdə işıqlandırma olmadığından evlərinin yolunu tapa bilmirdilər.

Bunun üçün onların həyat yoldaşları pəncərəyə mayak rolunu oynayan şamlar qoyurdular. Bu gün İsveçdə bu ənənə simvolik olaraq qorunub saxlanılır, yalnız şamlar getdikcə elektrik fənərlərlə əvəzlənib. Siz gecə vaxtı şəhər gəzintisi zamanı onları həm xüsusi evlərin, həm də çoxmərtəbəli binaların pəncərələrində görə bilərsiniz. 

Bu qanunun digər bir amili iqlimdir. Qışda İsveçdə yalnız 6 saat hava işıqlı olur. Daimi günəş işığının olmaması pərdədən istifadəni minimuma endirib.

Bununla da isveç xalqı zaman keçdikcə, pəncərələrə pərdə taxmaq ənənəsinə yadırğayıblar. 

Süni işıqlandırmaya gəldikdə, isveçlilər çilçıraqları sevmirlər. Onlar  mənzillərini və evlərini masa lampaları, müasir şamdanlar, yağ lampaları ilə işıqlandırmağa üstünlük verirlər. Onların fikrincə, bu şəkildə otağa maksimum rahatlıq və qeyri – adi atmosfer bəxş etmək olar.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO