ATƏT PA-nın yeni baş katibi seçildi

ATƏT PA-nın yeni baş katibi seçildi

Hazırda oxunan: ATƏT PA-nın yeni baş katibi seçildi

84579
O, vəzifəsinin icrasına 2016-cı ilin yanvar ayının 1-dən sonra başlayacaq.

ATƏT-in parlament assambleyasının (PA) yeni baş katibi seçilib.

Moderator.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında bazar ertəsi yerləşdirilmiş məlumatda bildirilib.

Yeni baş katib Robert Montella (İtaliya) olub. O, ATƏT PA-nın bu günlərdə Helsinkidə keçirilən illik sessiyasının iclası zamanı seçilib.

Montella rəsmi olaraq öz vəzifəsinin icrasına 2016-cı ilin yanvar ayının 1-də başlayacaq.

ATƏT-in PA baş katibi 5 il müddətinə seçilir və təkrar olaraq iki dəfə seçilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO