Xameneidən Rusiyaya DƏSTƏK – “Onları dayandırmasaydınız…”

Xameneidən Rusiyaya DƏSTƏK – “Onları dayandırmasaydınız…”

Hazırda oxunan: Xameneidən Rusiyaya DƏSTƏK – “Onları dayandırmasaydınız…”

84564

İranın ali rəhbəri Əli Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyib.

Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, bu barədə Ə.Xamenei Rusiya Prezidenti Vladimir Putini qəbul edərkən söyləyib.

O, müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayıb: 

“Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”.

Xamenei “qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu” qeyd edib:

“Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO