Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gedib.
Bizim.Media TRT-yə istinadən xəbər xəbər verir ki, onu səfər zamanı milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər müşayiət edir.
Qeyd edək ki, səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək.
Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.
Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.
R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək. (Trend)
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:19 / 19.07.2022
Ərdoğan İrana yola düşdü - Rəisi və Putinlə görüşəcək
Hazırda oxunan: Ərdoğan İrana yola düşdü - Rəisi və Putinlə görüşəcək
Hazırda oxunan: Ərdoğan İrana yola düşdü - Rəisi və Putinlə görüşəcək
84343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.