Nazarbayevin qohumları xəzinəyə 481 mln. dollar qaytardı – CİNAYƏT İŞİ YEKUNLAŞDI

Nazarbayevin qohumları xəzinəyə 481 mln. dollar qaytardı – CİNAYƏT İŞİ YEKUNLAŞDI

Hazırda oxunan: Nazarbayevin qohumları xəzinəyə 481 mln. dollar qaytardı – CİNAYƏT İŞİ YEKUNLAŞDI

84273

Qazaxıstan hakimiyyəti keçmiş prezident Nursultan Nazarbayevin ailəsi ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində xəzinəyə 230 milyard tenge (481 milyon dollar) qaytarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnformburo” nəşri iqtisadi resursların qanunsuz cəmləşməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyaya istinadən yayıb.

Sözügedən cinayət işləri Nazarbayevin ən yaxın qohumlarına qarşı açılaraq araşdırılıb.

Komissiya hesab edir ki, eks-prezidentin keçmiş qudası Kayrat Boranbayev, qardaşı oğlu Kayrat Satıbaldı həyat yoldaşı Gülmira Satıbaldı ilə birgə büdcə pulunu mənimsəyib.
Aliyə Nazarbayeva ilə əlaqəli olan “ROP Operatoru”nun cinayət işində Qazaxıstan hakimiyyəti təxminən 180 milyard tengenin oğurlanmasının qarşısını alıb.

Qazaxtelekom, Nəqliyyat Xidməti Mərkəzi və bir sıra digər iri təşkilatlardan 36 milyard təngə qaytarılıb. Daha 170 milyon dollar isə Lüksemburqdan könüllü olaraq gətirilib. Boranbayevin işində “KazMunayQaz” 11,3 milyard tengeni geri qaytara bilib.
Honq-Konq və BƏƏ-dən olan Milli Təhlükəsizlik Komitəsinin adı açıqlanmayan keçmiş məmurların cinayət işi çərçivəsində 3 milyon dollar büdcəyə qaytarılıb.

Xatırladaq ki, Satibaldı 2022-ci ilin martında "Kazaktelecom"dan böyük miqyasda pul mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Boranbayev isə martın ortalarında saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO