Xorvatiya İkinci Dünya müharibəsi illərində ölkənin ən böyük həbs düşərgəsi olan Yasenovaça səfər etməyi planlaşdıran Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəyə girişini qadağan edib.
Bizim.Media xəbər verir ki, Serbiya prezidentinin Xorvatiya hakimiyyətinə əvvəlcədən məlumat vermədən Yasenovaç və Pokraça səfər etmək istəyib, lakin xorvat rəsmilər bu səfərin baş tutmasına icazə verməyiblər.
Xorvat rəsmilər diplomatik münasibətlər protokollarını pozan Aleksandr Vuçiçin məqsədinin təxribat olduğunu iddia ediblər.
Serbiyanın daxili işlər naziri Aleksandar Vulin isə ölkəsinin xorvat rəsmilərinə qarşı sərhəd siyasətini dəyişəcəyini, xidməti və diplomatik pasport sahibi olan Xorvatiya vətəndaşlarının bundan sonra Serbiyaya daxil olarkən səfərin səbəbini açıqlamalı olacaqlarını deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:07 / 17.07.2022
Xorvatiyadan Serbiya prezidentinə QADAĞA: Diplomatik böhran yaşandı
Hazırda oxunan: Xorvatiyadan Serbiya prezidentinə QADAĞA: Diplomatik böhran yaşandı
Hazırda oxunan: Xorvatiyadan Serbiya prezidentinə QADAĞA: Diplomatik böhran yaşandı
84116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.