Van Qoqun ŞEDEVRİ tapıldı – FOTO  

Van Qoqun ŞEDEVRİ tapıldı – FOTO  

Hazırda oxunan: Van Qoqun ŞEDEVRİ tapıldı – FOTO  

83787

Şotlandiyanın “Milli Qalereyası”nda bərpaçılar dünya şöhrətli rəssam Vinsent Van Qoqun yeni avtoportretini aşkar ediblər.  

Bizim Media xəbər verir ki, hamının unutduğu anbarda tapılan rəsm başqa işlərin qatları ilə örtülübmüş.

Qalereyanın baş konservatoru Leslie Stevenson sözlərinə görə,  bu, tamamilə nəfəs kəsici idi.

Keçən həftə əməkdaşlar Kral Şotlandiya Akademiyasında impressionizmin yay sərgisi üçün kataloq tərtib ediblər və bütün rəsmləri rentgen şüalarından keçiriblər.  

Onların arasında Van Qoqun “Kəndli qadının başı” əsəri də var idi ki, arxasında da qəfildən rəssamın gözləri parlayır.  

Bərpaçılar anlayıblar ki, yapışqan, karton və boya təbəqələrinin altında ustadın avtoportreti gizlənir. Əlavə araşdırma göstərdi ki, Van Qoqun bu əsəri onun ən erkən portret nümunələrindən biridir.  
Rəssamın Hollandiyadakı muzeyində beş oxşar rəsm sərgilənir. Onlar da boş kətan üzərində deyil, digər kətanların arxa tərəfində çəkilib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO