ABŞ Konqresinin Nümayəndələr Palatası vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, 223 deputat qətnamənin lehinə, 205 deputat əleyhinə səs verib.
MÖVZU İLƏ BAĞLI:
Çak Norris Vaşinqton etirazlarında iştirak etməyib – FOTO
Sənəddə konqresmenlər Pensi prezidentin vəzifələrini yerinə yetirə bilməməsinə görə ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişdən istifadə etməyə çağırıb.
Bu vəziyyətdə, vitse-prezident kabinet üzvlərinin əksəriyyətinin dəstəyi ilə Trampı istefaya göndərə və onun yerini tuta bilər.
Hələlik Konqres qərarı təsdiq etməyib.
"Bu cür hərəkətlərin ölkəmizin maraqlarına və ya konstitusiyamıza uyğun olduğunu düşünmürəm",- deyən Pens Trampın prezidentlik müddətinin bitməsinə cəmi yeddi gün qaldığını xatırladıb.
Bizim.Media