Ukrayna ordusu Rusiyanı müharibədə dəstəkləyən Belarus ilə sərhəddəki yollara mina yerləşdirir.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Ukraynaya məxsus Telegram kanalında yayılıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara start verib.
Xalqa müraciət edən Rusiya Prezidenti Vladimir Putin NATO ilə razılığın baş tutmadığını, Rusiya hərbi qüvvələrinin Ukraynanın demilitarizasiyası üçün hərbi əməliyyatlara start verdiyini bəyan edib.
“Heç kimdə şübhə olmamalıdır ki, Rusiyaya birbaşa hücum potensial təcavüzkarın darmadağın edilməsi və onun üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”, - deyə o bildirib.
Putinin açıqlamasından sonra Rusiya ordusu Ukraynanın hərbi obyektlərinə, aeroportlarına, sursat anbarlarına atəş zərbələri endirib.
Ukrayna rəsmiləri Belarus qoşunlarının da Ukraynaya qarşı hücuma keçdiyini bəyan edib. BMT Baş katibi Antonio Qutyerres Vladimir Putinə Ukraynaya qarşı hücumu dayandırmaq barədə müraciət ünvanlayıb.
Yayılan informasiyalara görə, Rusiya artıq Ukrayna ərazisinin təxminən 20 %-ni işğal edib.
Bizim.Media