Almaniyalı diplomatdan SƏRSƏM AÇIQLAMA – “Şri-Lanka olayları dinc etirazlardır”

Almaniyalı diplomatdan SƏRSƏM AÇIQLAMA – “Şri-Lanka olayları dinc etirazlardır”

Hazırda oxunan: Almaniyalı diplomatdan SƏRSƏM AÇIQLAMA – “Şri-Lanka olayları dinc etirazlardır”

83093

Almaniyanın Şri-Lankadakı səfiri Olqer Şubert ölkədə baş verən ixtişaşlarla bağlı sərsəm bəyanatla yadda qalıb. 

Bizim.Media xəbər verir ki, almaniyalı diplomat sosial şəbəkə hesabından yazdığı statusda ən azı 33 nəfərin yaralandığı prezident sarayına basqını "dinc etiraz hüququnun həyata keçirilməsi” kimi təqdim edib.  

Diplomat, hindistanlı lider Mahatma Qandinin "Yumşaq davranış dünyanı dəyişə bilər" sözlərindən də sitat gətirib. 

Şubert əlavə edib ki, 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra Kapitolinin ələ keçirilməsi olayı ilə Şri-Lanka hadisələrini eyniləşdirmək heç də doğru deyil. 

Qeyd edək ki, bu gün Şri-Lankada hökumətə qarşı çıxan etirazçı kütlə prezident sarayına basqın edib. Hadisə nəticəsində onlarla insan yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO