Çak Norris Vaşinqton etirazlarında iştirak etməyib – FOTO

Çak Norris Vaşinqton etirazlarında iştirak etməyib – FOTO

Hazırda oxunan: Çak Norris Vaşinqton etirazlarında iştirak etməyib – FOTO

8286

Amerikalı aktyor Çak Norris Kapitolidə Tramp tərəfdarlarının aksiyasına qatılmadığını söyləyib.

Bizim.Media “New York Post”a istinadən xəbər verir ki, aktyorun mitinqdə iştirakı haqqında şübhə internetdə yayılan bir fotoya görə formalaşıb.

Belə ki, Tramp tərəfdarlarından biri amerikalı aktyora bənzəyən bir nəfərlə birgə rəsmini bölüşüb.

İnsanlar arasında elə bir fikir yaranıb ki, Çak Norris də Vaşinqtondakı qanun pozuntularında iştirak edib.

“Bu yaxınlarda özümün Kapitoli etirazlarına qatıldığım barədə xəbərlər eşitdim. Lakin fotodakı insan mən deyiləm. Çünki bizim ətrafımızda istənilən zorakılığa yer yoxdur. Mən həmişə qanun və asayişdən yana olmuşam.  Bundan sonra da mövqeyim dəyişməyəcək”- deyə 80 yaşlı aktyor vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO