Meymunçiçəyindən artıq ÖLƏNLƏR VAR 

Meymunçiçəyindən artıq ÖLƏNLƏR VAR 

Hazırda oxunan: Meymunçiçəyindən artıq ÖLƏNLƏR VAR 

82750

Son 10 gün ərzində dünyada meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir. 

"İyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) və 2 ölüm faktı qeydə alınıb", - hesabatda deyilir. 

Bu günədək meymunçiçəyindən ölənlərin sayı üç nəfər təşkil edib. Hər üç ölüm Afrikada qeydə alınıb. 

Qeyd edək ki, ÜST rəhbəri Tedros Gebreyesus ötən gün verdiyi açıqlamada 58 ölkədə 6 min nəfərin meymunçiçəyinə yoluxduğunu demişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO