İki gün əvvəl Britaniyanın maliyyə naziri vəzifəsinə təyin edilən Nadim Zahavi də baş nazir Boris Consonu vəzifəsindən getməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.
"Dünən Downing Street 10 ünvanındakı həmkarlarımla birlikdə Baş nazirə dedim ki, vəziyyət yalnız bir istiqamətdə hərəkət edə bilər.
O, dərhal vəzifəsini ləyaqətlə tərk etməlidir. Ona hörmətlə yanaşıram, ümid edirəm ki, hər kəsi dinləyəcək. Onunla 30 ildir dostluq edirəm. Bu barədə ictimaiyyətə məlumat verməmişəm. Qulaq asmaması ürəyimi parçaladı. Bu hərəkəti hökumətin bütün inanılmaz nailiyyətlərini sarsıdır”, - deyə Zahavi qeyd edib.
Bizim.Media
Prime Minister: this is not sustainable and it will only get worse: for you, for the Conservative Party and most importantly of all the country. You must do the right thing and go now. pic.twitter.com/F2iKT1PhvC
— Nadhim Zahawi (@nadhimzahawi) July 7, 2022