İngiltərə və Uelsin baş prokurorunun müavini Aleks Çak Böyük Britaniyanın baş naziri Boris Consonla bağlı bir sıra qalmaqallar fonunda istefa verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə A.Çakın açıqlamasında deyilib.
O, qərarının koronavirus pandemiyasının qızğın çağında B.Consonun iqamətgahında keçirilən gəcə şənliklərilə bağlı qalmaqal, habelə hakim Mühafizəkarlar Partiyasından olan keçmiş deputat Ouen Paterson ətrafındakı vəziyyətlə bağlı olduğunu açıq şəkildə qeyd edib.
O.Paterson lobbiçilik sahəsində parlament qaydalarını pozduğuna görə ötən ilin sonunda istefa verib.
Xatırladaq ki, dünən Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:15 / 06.07.2022
Britaniya Nazirlər Kabinetinin daha bir üzvü istefa verdi
Hazırda oxunan: Britaniya Nazirlər Kabinetinin daha bir üzvü istefa verdi
Hazırda oxunan: Britaniya Nazirlər Kabinetinin daha bir üzvü istefa verdi
82507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.