"Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb" - Zelenski

Hazırda oxunan: "Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb" - Zelenski

82306

Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.

Bizim.Media Ukrinform agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderson ilə Kiyevdə keçirilən brifinqdə bildirib. 

O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür: “Ukrayna ixracatçı kimi, bunda maraqlıdır”.

“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, - deyə prezident əlavə edib.

Volodimir Zelenski qeyd edib ki, Ukraynanın bloklanmış limanlarından Rusiyanın oğurladığı taxılın dövlətlər tərəfindən alınmaması üçün diplomatik səviyyədə iş aparılır:

“Taxıl ixracının dəmir yolu və dəniz nəqliyyatı kimi müxtəlif yolları üzərində iş gedir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO